Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

16:53 / 05.12.2023
Baxılıb: 2418

"Mən Ermənistan hakimiyyətinə sübut etdim ki, onların təhlükəsizlik sistemi mövcud deyil, dövlət sərhədi, ümumiyyətlə, qorunmur”, - deyə Telman Qasımov qeyd edib.

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.

Bu barədə hərbi ekspert özü məlumat verib.

“35 ildən sonra doğma şəhərimə səfər etdim, məhləmizə getdim. 17 yaşıma qədər Komitas küçəsi, 5A-da yerləşən evimizdə yaşamışam. Evimizi ziyarət etdim. 35 ildən sonra 52 yaşında yenidən evimə qayıtdım. Simvolik olaraq Qərbi Azərbaycana səfər edən ilk azərbaycanlıyam”, - deyə Telman Qasımov vurğulayıb.

Hərbi ekspert əlavə edib ki, o, uşaqlığını qədim Azərbaycan şəhəri olan İrəvanda keçirib.

“Mən Ermənistan hakimiyyətinə sübut etdim ki, onların təhlükəsizlik sistemi mövcud deyil, dövlət sərhədi, ümumiyyətlə, qorunmur”, - deyə Telman Qasımov qeyd edib.

Onun sözlərinə görə, onun İrəvana səfərindən yerli sakinlərdən heç birinin xəbəri olmayıb. O, xüsusi xidmət orqanlarının nümayəndələri ilə Ermənistan paytaxtına gedib və eyni qaydada geri qayıdıb:

“Əgər mən ora maneəsiz gedib qayıtmışamsa, azərbaycanlıların oraya dönməsi artıq zaman məsələsidir”.

Diqqətçəkən digər məqam isə Telman Qasımovun bütün sərhəd keçid məntəqələrinin nəzarətindən yayınaraq, heç bir pasportsuz Ermənistana səfər edə bilməsidir:

“Erməni dilini mükəmməl bildiyim üçün ermənilərdə heç bir şübhə yaratmadım. Üstəlik, görkəmimi dəyişmişdim ki, məni tanımasınlar. Axı onlar məni tanıya bilərdilər”.

Azərbaycanlıların Qərbi Azərbaycana qayıtması ilə bağlı məsələyə gəlincə, azərbaycanlı hərbi ekspert söyləyib ki, bu, beynəlxalq hüquq normalarına uyğundur:

“Ermənistandan deportasiya edilmiş şəxslərin və onların övladlarının öz vətənlərinə qayıtmaq hüququ var. Hazırda Bakıda beynəlxalq konfrans keçirilir, Qərbi Azərbaycana qayıtmağın təhlükəsizliyi müzakirə olunur. Burada müxtəlif ölkələrin nümayəndələri, ekspertlər çıxış edirlər. Mən də öz növbəmdə buradayam. Planlarımız gerçəkləşməlidir”.

İrəvanda olarkən öz müşahidələrini aparan Telman Qasımov qeyd edib ki, oradakı hazırkı vəziyyət Azərbaycanda 90-cı illərin əvvəllərini xatırladır:

“Əlbəttə, orada zəngin insanlar da var, onlar yaxşı restoranlarda yemək yeyirlər, bahalı avtomobillər sürürlər. Bu xüsusi ilə gecə vaxtı nəzərə çarpır, orada həyat qaranlıq düşəndən sonra başlayır. Amma ümumilikdə vəziyyət çox acınacaqlıdır. Ermənilər müharibədən sonra şokdadırlar. Təsəvvür edin ki, hələ də Qarabağdan köçkün düşənlərin heç də hamısı yerləşdirilməyib, mənzillə təmin olunmayıblar. Onların bir çoxu hələ də maşınlarında gecələyir. Bu insanlar küçələrdə gəzişirlər, onları hər yerdə görmək mümkündür. Mən orada olduğum müddətdə elektrik enerjisinin verilişi iki dəfə məhdudlaşdırıldı".

goyce.az


Etiket:
Xəbərlər

Ikinci Dünya savaşında həlak olan Aşıq İdris

12.05.2024

9 may 2024-cü ildə “Xəmsə” şadlıq evində Basarkeçər rayon Daşkənd icmasının görüşü keçirilmişdir.

11.05.2024

Nərimanlı kənd sakinləri, o cümlədən Qarabağ müharibəsinin bir qrup iştirakçısı ilə görüş keçirilib. Nərimanlı sakinlərinə üzvlük vəsiqələri TƏQDİM OLUNUB.  

10.05.2024

Basarkeçər rayon Daşkənd icmasının görüşündə tədqiqatçı-jurnalist Araz Yaquboğlunun çıxışı

10.05.2024

Əhliman Əmiraslanov: Azərbaycan xalqının Ulu Öndərə olan məhəbbəti əbədidir

10.05.2024

NARINCI YUXULAR

08.05.2024

ÇİÇƏYİN SÖZ KƏRPİCLƏRİ

08.05.2024

NƏQA MİNMƏK NƏDİR?

08.05.2024

Sona Abbasəliqızı Türkiyədə “İlin tarixi roman yazarı” ödülünə sahib oldu

28.04.2024

Oxuduğu məktəbdə adı əbədiləşən - ŞƏHİD ELŞAD HƏMİDOV.

20.04.2024

Mədəniyyətimizin zənginləşməsində Aşıq Ələsgər amilindən istifadə mexanizmi

16.04.2024

Aşıq Ələsgər xalqımızın Qərbi Azərbaycandan deportasiyası dövrünün qurbanı, canlı şahidi kimi

01.04.2024

ORDA BİR KƏND VAR, UZAQDA... DOĞMA QARAQOYUNLUM - FOTO

26.03.2024

NOVRUZ XALQIMIZIN MİLLİ BAYRAMIDIR!

20.03.2024

Bayram Aslanov “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - Fotolar

19.03.2024

16 mart 2024-cü ildə Qərbi Azərbaycan İcmasında Gənclər Şurasının üzvləri ilə görüş keçirilib.

16.03.2024

Niyə məhz Qurbani?

04.03.2024

Meşəli kəndində ailəsi qətlə yetirilən qadın: “Atamı diri-diri yandırdılar, anamı, bacımı güllələdilər” - FOTO

26.02.2024

Milli düşmənçiliyə qarşı etiraz səsini ucaldan ŞƏXSİYYƏT – FOTOLAR

24.02.2024

Qərbi Azərbaycanın rayonları və kəndləri üzrə icma sədrləri və Azərbaycan Respublikasının ərazi vahidləri üzrə nümayəndələrinin 1-ci toplantısı keçirilib

24.02.2024

Qərbi Azərbaycan kəndləri – Cıvıxlı

21.02.2024

Pəmbək. (Göldək)

21.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN - QURBANOV ELŞƏN MAHMUD OĞLU

17.02.2024

Prezidentin andiçmə nitqi: inkişafın yeni “yol xəritəsi”

16.02.2024

BÖYÜK NƏRİMANLILAR SİLSİLƏSİNDƏN YAZIÇI, PUBLİSİST QƏDİR ASLAN 
 

14.02.2024

Qərbi Azərbaycan İcmasında Basarkeçər rayonunun alimləri ilə görüş keçirilib.

12.02.2024

QOŞABULAQ

06.02.2024

DƏDƏ ƏLƏSGƏRİN 60 YAŞLI MÜRİDİ

16.01.2024

DƏDƏ ƏLƏSGƏR SEVDALI İŞ ADAMI

15.01.2024

60 YAŞIN MÜBARƏK!

15.01.2024

AŞIQ İSLAM YUSİFOV
(1893-1968)

12.01.2024

Milli dövlətçilik tariximizin məğrur lideri

28.12.2023

Sosial Tədqiqatlar Mərkəzinin təşkilatçılığı ilə "Qərbi Azərbaycan yolunda" adlı konfrans keçirilir - FOTOLAR

28.12.2023

GÖYÇƏ MAHALI, BASARKEÇƏR RAYONU. BALA MƏZRƏ KƏNDİNİN QISA TARİXİ

27.12.2023

AZƏRBAYCAN AŞIQ POEZIYASININ GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİNDƏN BİRİ ŞAİR, USTAD AŞIQ NÖVRƏS İMANIN 120 İLLİK YUBİLEY TƏDBİRİ KEÇİRİLİB

26.12.2023

İLAHİ EŞQİN TƏRCÜMANI

24.12.2023

Müzəffər Ali Baş Komandan, Qarabağın Fatehi, sizi doğum günü münasibətilə təbrik edirk!

24.12.2023

Həsən Xəyallının şeirlərində dini məqamlar. “Qıfılbənd”in təhlili

21.12.2023

BÖYÜK MƏZRƏ - GÖYÇƏ MAHALI

10.12.2023

Dekabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi Salonunda Qərbi Azərbaycan əsilli rəssamların əsərlərindən ibarət sərgi açılıb.

07.12.2023

Tanınmış hərbi ekspert Telman Qasımov İrəvana səfər edib.    

05.12.2023

HƏYATDA ÖZÜMÜ XOŞBƏXT ADAM HESAB EDİRƏM Ki, HEYDƏR ƏLİYEVLƏ BİRGƏ İŞLƏDİM

04.12.2023

AMEA müxbir üzvü, Basarkeçər rayon icma sədri, professor Nuru Bayramov İnönü Universitetinin “Fəxri Doktoru” seçilib - FOTOLAR.

03.12.2023

 Bax, biz Göyçə torpağındayıq...

29.11.2023

BAKI DÖVLƏT UNİVERSİTETİNDƏ “Qərbi Azərbaycanda türk müsəlman abidələrinin erməni vandallığına məruz qalması” mövzusunda elmi seminar keçirilib - FOTOLAR

25.11.2023

SƏHRADA YALQIZLIQ

25.11.2023

Azərbaycanda ilk dəfə “Qərbi Azərbaycana qayıdış” festival-konqres keçirilir FOTO

23.11.2023

İcma: Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını gözləyirik

21.11.2023

“Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunan - MÜBARİZ QULUYEV BABACAN KƏND İCMASININ SƏDRİ SEÇİLDİ-FOTOLAR

14.11.2023

Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib

08.11.2023
Bütün xəbərlər